RU

Şah İsmayıl Xətai Ankarada anıldı

Ankarada fəaliyyət göstərən Türk Dünyası Kültür Mərkəzinin “Azaflı Sosyal Yardım Ve Kültür Derneği” türkdilli xalqların tarixinin, türk dünyasının böyük ədəbi-mədəni və elmi irsinin təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində növbəti tədbirini keçirib. Tədbir Azərbaycanın görkəmli dövlət xadimi, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin vəfat etməsinin 500-ci ildönümü münasibəti ilə təşkil olunub.

“Şah İsmayıl Xətai: ömür yolu və irs” mövzusunda keçirilən tədbiri “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin rəhbəri Zəhra İşık açaraq Azərbaycan dövlətçilik tarixində Şah İsmayıl Səfəvi şəxsiyyətinin xüsusi yeri olduğunu qeyd edib. Şah İsmayıl Xətai Azərbaycanın orta əsr dövlətçilik tarixində müstəsna xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. 

Tədbirdə  “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin başkanı Arzuman Azaflı çıxış edərək görkəmli Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin həyat yolundan, onun Azərbaycan dilinin statusunu dövlət dili səviyyəsinə qaldırmasından, ana dilində Xətai təxəllüsü ilə lirik və epik şeirlər yazmasından bəhs edib.
Arzuman Azaflı çıxşında  Şah İsmayıl Xətai ilə bağlı tarixi həqiqətləri təhrif etməyə son qoyulmasının vacibliyini vurğulayıb.

Ankara Universitetinin professoru Abdulla Gündoğdu Şah İsmayıl Xətainin şəxsiyyətini ətraflı və zəngin tarixi faktlarla təhlil edərək, bu tarixi şəxsiyyəti  tarixdə dərin iz qoymuş böyük sima adlandırıb.

Tədqiqatçı Dilqəm Əhməd Səfəvilər dövlətinin irsinin Azərbaycan ziyalılarının görkəmli nümayəndələri tərəfindən dərk edilməsindən danışıb. Buna nümunə olaraq D.Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin Səfəvilər dövlətinin özəyinin türklər olduğunu bildirən qiymətləndirmələrini diqqətə çatdırıb.

Tədbir  saz ustası Mehmet Kundakın  ifasında Şah İsmayıl Xətainin sözlərinə yazılmış musiqili kompozisiyalarla ilə yekunlaşıb.

Hikmət Xudiyev (Cəmilzadə)

Избранный
20
26
modern.az

10Источники