Rusiya 2024-cü ilin yanvarında Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərini Ukraynaya təhvil verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova məlumat verib.
"Onlar təhvil verilib. Bu baş verdi, mən də orada idim", - Moskalkova meyitlərin köçürülməsinin olub-olmaması sualını cavablandırıb.
2024-cü il yanvarın 24-də Belqorod vilayətinin Yablonovo kəndi yaxınlığında Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə ümumilikdə 65 Ukrayna Silahlı Qüvvələrinin əsgəri, 6 ekipaj üzvü və üç müşaiyətçi olub. Münaqişə tərəfləri insidentdə bir-birini günahlandırıb.