RU

2 yaşlı qız pilləkəndən yıxılaraq həyatını itirdi

Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib.

Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.

Azyaşlı xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

Избранный
49
19
bizim.media

10Источники