RU

"Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq yoxdur"- Emin Əmrullayev

“Azərbaycan universitetlərində müəllimlərin standart 500 saat dərs keçib professor olması vacib deyil”.

 

Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, bu yanaşma doğru deyil:

 

"Təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz.

 

Azərbaycanda həm ali, həm də elmi-tədqiqat müəssisələrinin sayı bizimlə eyni qədər əhalisi olan ölkələrlə müqayisədə daha çoxdur, amma təəssüf ki, bu saya uyğun elmi-tədqiqat işləri yoxdur".

 

Emin Əmrullayev qeyd edib ki, bunun səbəbi statusla bağlıdır:

“Biz nə qədər statuslara fikir verib fəaliyyətə fikir verməyəcəyiksə, birincinin sayının artması, ikincinin olmaması reallığı olacaq. Amma çalışmalıyıq ki, saylarla elmi fəaliyyəti bir-birinə uzlaşdıraq. Elmi fəaliyyəti olmayan elmi müəssisə olmamalıdır. Bu, çətin prosesdir. Amma, məncə, bu prosesdə birgə irəliləməliyik”.

Избранный
3
10
sfera.az

10Источники