RU

Türkiyə və Ermənistan nümayəndələri arasında növbəti GÖRÜŞ

“Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra departamentlərinin nümayəndələrinin görüşü baş tutub”.

Musavat.com xəbər verir ki, bunu “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

“Görüşdə Ahurik/Akyaka dəmir yolu sərhəd məntəqəsinin fəaliyyətə başlamasını təmin edəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüş müsbət və konstruktiv atmosferdə keçdi”, - deyə Rubinyan bildirib.

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan yayda keçirdikləri son görüşdə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəlmişdilər.

Musavat.com

Избранный
11
36
musavat.com

10Источники