Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov Bakı 20 saylı Mediasiya Təşkilatının qonağı olublar. Görüş zamanı mediasiyanın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, təşəbbüslər müzakirə edilib və öz töhfələrini veriblər.
QHT.az xəbər verir ki, eyni zamanda, görüş çərçivəsində təşkilatın mediatoru Venera Əsgərovanın ad günü münasibətilə təbrik edilib. Təşkilat adından hüquqşünas və mediatorlara fəaliyyətlərində uğurlar və barışıq sazişlərinin daha çox olması arzulanıb. "Barışığınız qələbəmizdir" şüarı altında təşkilat harmoniyanın gücləndirilməsi üçün fəaliyyətini davam etdirir.