"PAŞA Bank"ın Müşahidə Şurasının üzvü Fərid Axundov vəzifəsindən ayrılacaq.
Bu barədə o, "Linkedin" hesabında yazıb.
Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən fəaliyyətini Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəyini bəyan edib.
Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda fəaliyyətə 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.
"Cebheinfo.az"