RU

“Dünyada nə zaman bir hadisə baş verirsə, bunun Venezuelada da baş verməsini istəyirlər”, N.Maduro

 

Venezuelanın prezidenti Nikolas Maduro bəzi qrupları faşist ifratçılıqda ittiham edərək ölkədə vətəndaş müharibəsi başlatmağa çalışdıqlarını bildirib. 

Dövlət kanalı “VTV”yə gündəmə dair açıqlamalar verən Nikolas Maduro Suriyadakı hadisələrə toxunaraq bunları qeyd edib: "Suriya xalqı üçün ağrılı hadisələrin baş verdiyini müşahidə edirik. Görürük ki, bu faşist ifratçılar Venezuelada da bir vətəndaş müharibəsi başlatmağa çalışırlar. İmperiya və faşist sağçıların ölkəmizə qarşı qurduqları planların uğursuz olduğunu düşünürük. Dünyada nə zaman bir hadisə baş verirsə, bunun Venezuelada da baş verməsini istəyirlər." 

Venezuelanın mümkün bir vətəndaş müharibəsi təxribatına qapılmayacaq qədər güclü olduğunu vurğulayan Maduro ölkədə xalqla ordu arasında güclü bir həmrəylik olduğunu ifadə edib. O, ərəb ölkələrini sülhə töhfə verəcək, zorakılığı və terrorizmi sona çatdıracaq hərtərəfli inkişaf yolları qurmağa çağırıb.



Избранный
8
13
trt.net.tr

10Источники