RU

Makron İvanişviliyə zəng etdi:BİR SAAT NƏDƏNDANIŞIBLAR?

Fransa prezidenti Emmanuel Makron Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə zəng edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə partiyadan məlumat verilib.

 

Qeyd olunub ki, Fransa prezidentinin təşəbbüsü ilə baş tutan və bir saat davam edən söhbətdə tərəflər Gürcüstandakı vəziyyəti müzakirə ediblər.

 

"Makron Gürcüstanda yaranmış vəziyyətdən narahat olduğunu bildirib və bu vəziyyətin tam aradan qaldırılmasına öz töhfəsini vermək istədiyini ifadə edib", - deyə məlumatda bildirilib.

 

Öz növbəsində İvanişvili, Fransa prezidentinə təşəbbüsünə görə təşəkkür edib və birgə səylər göstərmək ideyasını alqışlayıb.

 

Məlumatda o da vurğulanır ki, növbəti günlərdə yenidən əlaqə saxlanılacaq və əldə edilmiş tərəqqi qiymətləndiriləcək.

Избранный
5
2
senzor.az

10Источники