RU

Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar paketi

Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar paketi

Aİ ölkələri Rusiyanın kölgə donanmasını da hədəf alan 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.Avropa İttifaqının (Aİ) müvəqqəti prezidenti olan Macarıstanın rəsmi sosial media hesabında edilən paylaşımda Avropa İttifaqı ölkələri səfirlərinin Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiya paketi ilə bağlı razılığa gəldikləri bildirilib.Yazıda yeni paketin mövcud sanksiya siyahısına daha çox fərd və təşkilatın əlavə edildiyi vurğulanıb, Rusiya və üçüncü ölkələrdə ixrac məhdudiyyətlərindən yan keçərək Rusiyanın hərbi və texnoloji inkişafına dolayısı ilə töhfə verən təşkilatların da hədəf alındığı vurğulanıb.Aİ Komissiyasının sədri Ursula fon der Leyen mövzu ilə bağlı yazısında, “Aİ və G7 tərəfdaşları Kremlə təzyiq göstərməyə davam etməkdə qərarlıdırlar. Mən xüsusilə Rusiyanın kölgə donanmasını hədəf alan 15-ci sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram” deyib.Mənbə: DHA

Избранный
2
2
afn.az

10Источники