RU

"AzerGold"un sədri və müavinləri dövlət şirkətindən nə qədər qazanır? - RƏQƏMLƏR

“AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub. 

Valyuta.az xəbər verir ki, 2023-cü ildə dövlət şirkətinin sədr və sədr müavinlərinə ümumilikdə 2,2 milyon manat ödəniş edib. 

Bu ödənişlərin 258 min manatı əmək haqları, 413 min manatı sosial sığorta ödəmələri, 1 milyon 530 min manatı isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda “Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 1 milyon 788 min manat təşkil edib. 

Qeyd edək ki, “Azergold”un sədri Zakir İbrahimov, müavinləri - Xəyyam Fərzəliyev və İlqar Cəlilovdur. Yəni, rəhbər heyət 3 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, orta hesabla Zakir İbrahimov və müavinlərinin bir illik gəliri 596 min manat, aylıq gəliri isə 49,6 min manatdır. 

2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 905 min manat75,4 min manat təşkil edib.

Nara

Избранный
23
17
valyuta.az

10Источники