RU

Ərdoğan savaşan bu ölkələri Ankarada barışdırdı - TARİXİ FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Somali və Efiopiya arasında uzun müddətdir davam edən gərginlik sona çatdı.

TRT Haber xəbər verir ki, Ankara şəhərində baş tutan görüşlər nəticəsində tərəflər razılığa gələrək barış elan etdilər.

Screenshot_2.png

Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd Ərdoğanın bu təşəbbüsünə xüsusi təşəkkürlərini bildiriblər. Onlar Türkiyənin bölgədə sülh və sabitlik üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər.

Prezident Ərdoğan Afrika ölkələri arasında barışıq proseslərində Türkiyənin rolunu vurğulayaraq qeyd edib ki, Türkiyə regional sabitlik üçün hər zaman dəstək verməyə hazırdır.

Screenshot_3.png

Bu tarixi anlaşma, həmçinin Afrika regionunda diplomatik əlaqələrin möhkəmlənməsi üçün mühüm bir addım kimi qiymətləndirilir. Müzakirələr və anlaşma detalları ilə bağlı əlavə məlumatların yaxın zamanda açıqlanması gözlənilir. (musavat.com)

Избранный
56
15
azpolitika.info

10Источники