RU

Binəqədidə 23 yaşlı oğlan özünü bıçaqladı

Bakının Binəqədi rayonunda 23 yaşlı oğlan intihara cəhd edib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Binəqədi rayon, 3-cü mədən küçəsi 25 ünvanında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Murtuzov Ramil Almuran oğlu bibisinin yaşadığı evə qonaq gəlib. O, qonaq olduğu evdə özünə mətbəx bıçağı ilə zərbələr vurub. Qohumları onu Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Cərrahiyyə əməliyyatı edilən R.Murtuzovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Fakt hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. (lent.az)

Избранный
16
11
nocomment.az

10Источники