RU

Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

Publika.az "Report"-a istinadən xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb.

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfər etdiyini qeyd edən Ruanda Respublikasının Prezidenti Pol Kaqame tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Pol Kaqame göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdən gözəl təəssüratlarla ayrıldığını deyib.

Избранный
3
49
publika.az

10Источники