RU

Turistlərin nəzərinə: Maldiv adalarında yeni qadağa

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dekabrın 15-dən Maldiv adalarında elektron siqaret (veyp) qadağası qüvvəyə minir.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Press" nəşri məlumat yayıb.
Qadağa parlamentin noyabrın 12-də qəbul etdiyi Tütünlə mübarizə haqqında qanuna edilən düzəliş çərçivəsində həyata keçirilir.
Qanun layihəsi elektron siqaretlərin, veypinq və bu cihazlarla istifadə üçün nəzərdə tutulan ləvazimatların idxalını, satışını, pulsuz paylanmasını və istifadəsini qadağan edir. Qanunu pozmağa görə cərimələr mövcuddur.
Qeyd olunur ki, Maldiv Gömrük Xidməti bu cür cihazları və müvafiq materialları müsadirə etməklə qaydalara əməl olunmasına nəzarət edəcək.
Избранный
15
50
oxu.az

10Источники