RU

WP: Ərəb dövlətləri Əsədin devrilməsindən sonra öz ölkələrində üsyanlardan qorxur

Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri Suriya prezidenti Bəşər Əsədin devrilməsi ilə əlaqədar ölkələrində mümkün iğtişaşlardan narahatdırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" (WP) analitiklərə, rəsmilərə və diplomatlara istinadən yazır.

Qəzetin həmsöhbətləri həmçinin Suriyanın gələcəyi ilə bağlı qorxularını ifadə edərək, ölkənin xaosa qərq ola biləcəyini vurğulayıblar. Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, Bəşər Əsədin istefasından sonra ərəb dövlətləri ictimai bəyanatlarda ehtiyatlı davranır və suriyalıları dövlət institutlarını qorumaqla hakimiyyətin inklüziv keçidini təmin etməyə çağırıblar.

WP yazır ki, Misirdə mümkün iğtişaşlar qorxusu xüsusilə böyükdür. Əvvəllər prezident Əbdülfəttah Əl-Sisi "Müsəlman Qardaşlar” hərəkatını məhv etmək üçün genişmiqyaslı repressiyalar həyata keçirib. Bununla belə, qəzet yazır ki, bölgədə əhalinin bir hissəsi hələ də hərəkata sözsüz simpatiya ilə yanaşır.

Qeyd edək ki, müxalif qruplar noyabrın sonunda Suriyada hücuma başlayıb. Artıq dekabrın 8-də onlar hakimiyyəti ələ keçirdiklərini elan edərək Dəməşqə daxil olublar. Suriya prezidenti Bəşər Əsəd istefa verərək Rusiyaya qaçıb və oradan siyasi sığınacaq alıb. Yeni hökumətin lideri "Həyat Təhrir əş-Şam” qruplaşmasına başçılıq edən qoşunların baş komandanı Əbu Məhəmməd əl-Culani olub. Onun tərəfdarı Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək keçid hökumətinin başçısı seçilib.

Aydın
Избранный
19
48
qaynarinfo.az

10Источники