Premyer-liqanın 17-ci turunda “Neftçi” "doğma divarlar arasında" “Kəpəz”i məğlub edib.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Oyun haqqında çox danışmaq istəmirəm. Bugünkü gündə bizə nəticə lazımdı. Futbolçular mübarizə apardılar. İşimizə davam edəcəyik. Bu nəticəyə ehtiyacımız var idi. Məğlubiyyətlər və heç-heçələr fonunda bu qələbəni qazana bildik. Bu stresin altında bu nəticəni qazandıq. Futbolçularım lazım olan anda mübarizəyə də girdilər.
- Baş məşqçi olaraq “Neftçi”ni dirçəltməyə çalışırsız. Ramil Şeydayevi meydana buraxmaqla, öz əziyyətinizi yerə vurduğunuzu düşünmürsüz?
- Boqomolski yaxşı başlamışdı oyuna. Pis də deyildi. Rəqib müdafiəçiləri də nəzərə almışdıq. Seçim düzgün idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqdə saxlaya bilirdi. Zədələndi və əvəzetmə istədi. Bunlar hamısı bizim oyunçulardı. Futbolçularla işləyirik, yaxşı kondisiyaya gətirmək istəyirik. Reallığı bilmək istəsəz, ”Neftçi”də oynayan futbolçular bu təzyiqi də aşmalıdılar. Əfsuslar olsun ki, psixoloji durumumuz pisdi və hər futbolçu üzərində yük hiss edir. Bunu qələbə ilə üzərimizdən ata bilərik.
- Ciddi itkiləriniz var idi. Məcburiyyətdən buraxmışdız bu heyəti? Dəyişikliklərdən sonrakı oyununuzu necə şərh edərdiz?
- Birinci gündən, bura ayaq basandan zədələr çoxdu. İlk məşqdən sonra üç nəfər zədələndi. Xroniki zədələr üzə çıxır. Birinci oyundan sonra 2-3 nəfər də sıradan çıxdı. Bu proseslər yaşanırdı. Bu da balanslı şəkildə oyuna hazırlaşmağa maneçilik törədir. Bu gün 6 nəfər zədəlimiz var idi. Çoxu da yerli oyunçulardı. Paltardəyişmə otağından çıxanda, bir şeyə fokuslanıb çıxırıq. Oyunun gedişatında nələrsə dəyişir. Rəqib bəzi anlarda üstünlüyü ələ alır. Onda problemlər yaşamağa başlayırıq. İkinci hissədə rəqibin uduza-uduza epizod yaratmağı normaldı. Görünən o idi ki, bütün futbolçular sanki birinci dəfə futbola gəlmiş kimi idilər. Qərarları deyirəm. Bunları da anlayıram. Söz vermək istəmirəm. Bir oyunumuz qalıb. Dincəlməyə vaxtımız olar.Ümid edirəm fasilədən sonra nəticələrimizi yaxşılaşdıra bilərik.
RÖYANƏ OĞUZ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта