Gənclər və İdman Nazirliyinin voleybol zalında nazirliyin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumları arasında voleybol yarışı keçirilib.
Referans.az xəbər verir ki, yarışda iştirak edən FHN-in kişilərdən ibarət yığma komandası yüksək nəticə göstərib.
9 komandanın iştirak etdiyi yarışda FHN-in komandası bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə SOCAR komandası ilə üz-üzə gələn FHN-in komandası 2:0 hesablı qələbə ilə yarışın çempionu adını qazanıb.
Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi kubok və medalar təqdim edilib./Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта