RU

Türkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.

İştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub.

Planlaşdırılmış marşrut çərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensiallı məkanlar ziyarət edilib.

Həmçinin səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389 173 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artımdır.

Musavat.com

 

Избранный
42
13
musavat.com

10Источники