RU

Dağıstanda baş verən faciə: 23 il sonra övladı ilə bağlı həqiqəti öyrənən kişi öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Federasiyasının Dağıstan Respublikasının kəndlərindən birində faciə baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə KP.ru nəşri məlumat yayıb.
Məlumata görə, Zaur və Patimat cütlüyü 23 il uşaq böyüdüblər, lakin onun öz bioloji oğulları olmadığından şübhələnməyiblər. Həqiqət yalnız 2021-ci ildə üzə çıxıb və o zaman məlum olub ki, 1998-ci ildə doğum evində mamaça təsadüfən yeni doğulmuş körpələri qarışıq salıb.
Zaur və Patimatın öz oğlu bütün bu müddət ərzində qonşu kənddə yaşayıb, ailə isə başqasının övladını sevgi və qayğı ilə böyüdüb. Sarsıdıcı həqiqəti öyrənən qadın bu faktı ərindən gizlətməyə çalışsa da, üç ildən sonra sirrin üstü açılıb.
Zaur üçün bu xəbər əsl şok olub. Şiddətli stres onun psixi vəziyyətinə təsir edib, kişi özünə qapanıb, susqun olub və tez-tez evdən getməyə başlayıb. Ona hallüsinasiyalar görünməyə başlayıb ki, bu da ciddi psixi problemlərin göstəricisi olub.
Bu hekayənin faciəli sonu Zaurun həqiqəti öyrənməsindən bir ay sonra baş verib. O, rayon mərkəzindəki bacılarının yanına gedib, bir müddət sonra isə həyat yoldaşına zəng edib, hər şeyə görə üzr istəyib və yoxa çıxıb. Kişinin cəsədi bir neçə gündən sonra dağlarda tapılıb. İlkin məlumata görə, ölümə səbəb ağır emosional şok nəticəsində yaranan ürək dayanması olub.
Избранный
11
50
oxu.az

10Источники