RU

Nazir köməkçisinin atası infarktdan öldü: Qızının faciəsinə tab gətirmədi

Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

7News.Az Lent.az-a istinadən xəbər verir ki, onlardan Günel Abdullayevanın atası V.Abdullayev də iki gün əvvəl infarktdan dünyasını dəyişib.

Məlumata görə, buna səbəb onun qızının ölümünə dözə bilməməsi olub.

Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində, meşədə baş verib. 47 yaşlı İlahə Vilayət qızı Bayramova rəfiqəsi Günel Valeh qızı Abdullayeva ilə birgə həmin meşədə göbələk yeyiblər. Bundan sonra hər ikisinin vəziyyəti pisləşib və onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilərkən İlahə Bayramova yolda ölüb. 38 yaşlı Günel Abdullayeva isə həmin xəstəxanada həkimlərin göstərdiyi səylərə baxmayaraq, keçinib.

Onu da xatırladaq ki, G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.

 
 


Избранный
24
20
7news.az

10Источники