RU

Numan Kurtulmuş: "Zəngəzur dəhlizi əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq"

Zəngəzur dəhlizi təkcə region ölkələri üçün deyil, həm də regiondan kənar dövlətlər üçün əməkdaşlıq və təhlükəsizlik dəhlizi olacaq.

Bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.

\"Ankara dünya ticarəti üçün mühüm tranzit nöqtəsinə çevriləcək Zəngəzur dəhlizi layihəsinin tezliklə həyata keçirilməsinə ümid edir. Biz bu layihə çərçivəsində Azərbaycana hərtərəfli dəstək göstərməyə davam edəcəyik\", - o bildirib.

N.Kurtulmuşun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına cavab verir: \"Ümid edirik ki, Zəngəzur dəhlizi sülh dəhlizi olacaq. Türkiyə və Azərbaycan regionda sülh və sabitliyin əldə olunması üçün bütün səylərini göstərir”.
 
///report
Избранный
48
50
azxeber.com

10Источники