RU

Türkiyədən Türkmənistana polad ixracı 12,5 % azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Türkmənistana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,5 faiz azalaraq, 94 milyon 374 min 59 dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2024-cü ilin noyabr ayında Türkiyə Türkmənistana 9 milyon 195 min 58 dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 13,3 faiz azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,9 faiz artaraq, 14,7 milyon dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,5 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Избранный
19
19
fins.az

10Источники