RU

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü ili 770 min manat xalis zərərlə başa vurub. Halbuki, 2022-ci ildə Xidmətin gəlirləri və xərcləri eyni olmuşdu.

Ötən il Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməliyyat gəlirləri 6,157 milyon manat (əvvəlki ilə nisbətən 12,65 dəfə çox), faiz gəlirləri 395 min manat (əvvəlki il olmayıb), digər gəlirləri 471 min manat (əvvəlki il olmayıb), ümumi və inzibati xərcləri 7,49 milyon manat (15,6 dəfə çox), maliyyə xərcləri 123 min manat (24 dəfə çox), pul vəsaitləri üzrə gözlənilən kredit zərəri 85 min manat (əvvəlki il olmayıb), xarici valyutanın yenidən qiymətləndirilməsi üzrə zərəri 16 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 79 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin aktivləri 232,877 milyon manat olub ki, bu da illik müqayisədə 35,55 dəfə çoxdur. Hesabat dövründə Xidmətin öhdəlikləri 34,15 dəfə artaraq 66,597 milyon manata, balans kapitalı isə 36,15 dəfə artaraq 166,28 milyon manata çatıb.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Избранный
46
3
azerforum.com

5Источники