RU

Almaniya prezidenti Bundestaqı buraxmaq istəyir

Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar qəbul etmək niyyətindədir.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə onun rəsmi saytındakı press-relizdə məlumat verilib.

“Son bir neçə gün ərzində mən parlament qruplarının sədrləri və Bundestaqın deputatları ilə danışıqlar aparmışam ki, artıq hazırkı çağırışdan yeni hökumətin formalaşdırılması imkanının olmamasına əmin olsunlar. Ona görə də qanuna uyğun olaraq dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar vermək niyyətindəyəm”, – deyə siyasətçi bildirib.

Избранный
19
1
medianews.az

10Источники