RU

Marsda insan qanından evlər tikiləcək - FOTO

İranlı mühəndislər Marsın ekstremal şəraitinə uyğun davamlı tikinti materialları yaratmaq üçün planetin resurslarından istifadə üsulunu inkişaf etdiriblər.

Day.Az Milli.Az-a istinadən xəbər evrir ki, bu tədqiqat "Acta Astronautica" jurnalında dərc edilib.

Tədqiqatçılar Mars torpağı olan regolitin kimyəvi tərkibini öyrənərək, bu materialdan hazırlana biləcək müxtəlif beton növləri təklif ediblər. Həmçinin, onlar insan qan plazması zülalları kimi üzvi bağlayıcılardan istifadə etməyi də nəzərdən keçiriblər. Bu ideya qədim Roma tikinti texnologiyalarından xüsusən heyvan qanı və sidiyindən istifadədən ilham alıb.

Mühəndislər tərəfindən hazırlanan beton yüksək möhkəmliyə malikdir və uzunömürlü binaların inşası üçün əlverişlidir. Alimlər bu ideyanı daha dərindən yoxlamaq üçün Mars geologiyasını araşdırmağa davam edəcəklər və bunun üçün orbitə və Marsın səthinə göndərilmiş missiyaların məlumatlarından istifadə edəcəklər.

Marsda bir milyon insan üçün şəhər qurma hədəfi hələ uzaq olsa da, bu tədqiqat həmin arzunun reallaşmasına yaxınlaşmağa imkan yaradır. Alimlərin fikrincə, bu texnologiya Marsın bəşəriyyətin yeni evi olmasında həlledici rol oynaya bilər.

  • Marsda
  • Marsda
  • Marsda
  • Marsda
Избранный
16
4
day.az

5Источники