RU

ABŞ-də “Starbucks” işçilərinin kütləvi tətili başlayıb

İlk dəfə ABŞ-nin “Starbucks” qəhvə şəbəkəsinin Seattle, Los Angeles və Çikaqo şəhərlərindəki baristalarının başlatdığı 5 günlük tətilə ölkənin müxtəlif bölgələrindəki şəhərlərdən gələn işçilər də qatılıb.

"Cebheinfo.az" xəbər verir ki, tətillə bağlı şirkətdə çalışan 10 mindən çox baristanı təmsil edən “Starbucks Workers United”-in sosial media hesabından açıqlama verilib.

Bildirilir ki, “Starbucks Workers United” baristalarının tətili şirkətin üç ən mühüm bazarında baş tutub: Seattle, Los Angeles və Çikaqo, həmçinin Nyu-Cersi, Nyu-York, Filadelfiya və Sent-Luis şəhərlərini əhatə etməklə genişləndirildiyi bildirilib.

Eyni kontekstdə “Starbucks” işçiləri Denver, Kolumbus və Pittsburq kimi şəhərlərdə tətildə iştirak edirlər.

“Starbucks” işçiləri bildirirlər ki, şirkət dəfələrlə müqavilələrin ilin sonuna qədər imzalanacağına söz versə də, hələ də işçilərə ciddi iqtisadi təklif etməyib.

Избранный
5
2
cebheinfo.az

7Источники