RU

İnsanlar Yolqullar kəndindən niyə qaçıblar? - Qurum əməkdaşı açıqlama verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gözəl təbiəti, təmiz havası ilə seçilən Daşkəsən rayonunun Yolqullar kəndində qış aylarında yaşayış olmur.
Buna səbəb şaxtalı və soyuq keçən sərt hava şəraitidir. Yayda isə bir neçə ailə buradakı evlərində cəmi iki-üç ay qonaq qismində qalır.
Bu barədə Baku TV-nin kənddən hazırladığı reportajda məlumat verilib.
Qeyd edilib ki, burada 30-a yaxın ev olsa da, onların heç birində yaşayış yoxdur. Sakinlərin çoxu evlərini qıfıllayaraq kəndi tərk edib.
Həmçinin vurğulanıb ki, sakinlərin kənddən getməsinin digər səbəbi yolların baxımsız olması, eləcə də uşaqların təhsil alması üçün məktəbin olmamasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Rövşən Məmmədov yol problemi ilə bağlı açıqlama verərək qarşıdakı illərdə təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Избранный
19
6
oxu.az

7Источники