RU

Pirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı - FOTO

Polis əməkdaşları tərəfindən ölkə ərazisində partlayıcı, tezalışan maddələr və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlər nəticəsində partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
 
Faktlar üzrə həmin şəxslər barəsində toplanılmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.
 
Pirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı - FOTOLARPirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı - FOTOLARPirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı - FOTOLARPirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı - FOTOLAR
Избранный
10
23
moderator.az

10Источники