Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.
Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Aydan Rəcəbova 2014-2015-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin"Genetika, İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistr təhsili alıb. Mehriban Əlizadə isə 2010-cu ildən sözügedən idarədə rəis və müavin vəzifəsində çalışıb.