RU

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov KoreyaRespublikasının ölkəmizdəki səfiri Li İn-Yonqu diplomatik fəaliyyətmüddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədəTrend-ə XİN-dənbildirilib.

Görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfliəməkdaşlıq gündəliyi müzakirə olunub.

C.Bayramov səfir Kim Tonq Opa ölkəmizdə diplomatik fəaliyyətimüddətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcəkfəaliyyətində uğurlar arzu edib.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən30 ildən artıq müddət ərzində iqtisadiyyat, investisiyalar,nəqliyyat-kommunikasiyalar, humanitar, təhsil, dövlət xidmətləri vəs. istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyətinin müzakirəedildiyi görüş zamanı həmçinin, əlaqələrimizin inkişafperspektivlərinin mövcudluğu vurğulanıb.

Xüsusilə peşə və ali təhsil istiqamətləri üzrə birgə əməkdaşlıqçərçivəsində yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət PeşəTəhsil Mərkəzi, Koreya Respublikasının İNHA Universiteti ilə BakıMühəndislik Universitetinin ikili diplom proqramlarının əldə olunanvacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

Azərbaycan və Koreyanın xüsusilə aidiyyəti qurumları arasındadövlət xidmətləri sahəsi üzrə daha geniş əməkdaşlıq imkanlarınınmövcudluğu, ölkəmizin “ASAN xidmət” modeli ilə bu sahəninöncüllərindən biri kimi qarşılıqlı faydalı əməkdaşlığın daha dainkişaf etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Nazir ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycandakeçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiyaçərçivəsində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.

Səfir Li İn-Yonq ölkəmizdə fəaliyyəti müddətində göstəriləndəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-Koreyamünasibətlərinin gələcək inkişafına ümidvar olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Избранный
13
17
az.trend.az

10Источники