RU

ABŞ kreyseri ölkənin Hərbi Hava Qüvvələrinin iki qırıcısına atəş açıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hərbi Dəniz Qüvvələrinin “Gettisburg” kreyseri gecə ərzində ABŞ qırıcılarına iki dəfə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə Pentaqondakı mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Hadisələr bazar günü, dekabrın 22-nə keçən gecə Yəmən bölgəsində “Harry S. Truman” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupunun yerləşdiyi ərazidə baş verib. Kreyserin zenit silahları əvvəlcə F/A-18 qırıcı-bombardmançını, sonra isə daha bir neçə təyyarəni hədəfə alıb.

F/A-18-nın iki pilotu katapult vasitəsilə xilas olublar. “Dost atəşinə” məruz qalan başqa bir təyyarə zərbədən yayına bilib – zenit raketi təyyarədən cəmi 30 metr aralı keçib.

ABŞ qırıcılarının Amerika kreyseri tərəfindən atəşə tutulmasının səbəbi hələ məlum deyil.

Bundan əvvəl üsyançı “Ənsar Allah” hərəkatından olan Yəmən husiləri ABŞ-nin “USS Harry S. Truman” təyyarədaşıyan qrupuna hücumlar həyata keçirdiklərini bildiriblər.

Избранный
4
2
azpolitika.info

3Источники