RU

Qəribə ənənə: Cəsədləri satıb, ölülərlə evləndirirlər - FOTOlar

Tarix: 3 Dekabr 2023 16:42

Çində 3 min ildir tətbiq olunan "ruh evliliyi" ənənəsi maraq doğurub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ruh evliliyi ölən insanların  birliklərini davam etdirmələri üçün bir yol olaraq görülən Çin ənənəsidir. Çinlilərin təxminən 3 min ildir tətbiq etdiyi bu ənənə övladlarını itirmiş iki ailə arasında tarazlığı bərpa etməyə kömək edir.
Məqsəd iki ailəni nikah yolu ilə bir araya gətirməkdir. Qədim dövrlərdən bəri davam edən bu ənənə Çinin bəzi bölgələrində indi də qüvvədədir.
Bu evliliklərin məşhur olmasının səbəblərindən biri də xurafatlarla bağlıdır. Bədbəxtlik qorxusu olan bir çox insan ölən ailə üzvləri üçün ruh nikah mərasimləri keçirir.
Bu insanlar nikah mərasimi keçirməsələr, ailələrində bədbəxt hadisələrin baş verəcəyinə inanırlar.
Bu mərasimlərdə mübadilə edilən mallar bölgəyə və inanca görə dəyişir.
Bəzi yerlərdə düyü, çay, qənd qamışı, gəlinin ailəsi tərəfindən verilən adi hədiyyələr, bəzilərində isə paltar və ya zinət əşyaları ilə dəyişdirilir. 
Bundan əlavə, bəyin ailəsi onun xidmətlərini ödəyə bilməyən gəlinin ailəsinə cehiz verə bilər.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
507
2
sonxeber.net

10Источники