Dekabrın 7-də Danimarka parlamenti dini mətnlərin yandırılmasını qadağan edən və bununla da Quranın yandırılmasına icazə verməyən qanun qəbul edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, sənədi parlamentdə 94 deputat dəstəkləyib, 77 millət vəkili isə onun əleyhinə çıxıb.
Xatırladaq ki, avqustun 25-də Danimarkanın ədliyyə naziri Peter Hummelqaard ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən hökumət qanun layihəsinin tezliklə təqdim ediləcəyini açıqlamışdı.