RU

Dubaya köçmək üçün malikanəsini satdı

Dünyanın keçmiş bir nömrəli tennisçi Simona Halep Rumıniyada, Snaqov gölünün sahilindəki malikanəsini satıb.

Publika.az xəbər verir ki, bu barədə “Orange Sport” məlumat yayıb.

Əmlak agentliyinin saytında yer alan məlumata görə, villa 4,2 milyon avroya satılıb. Eviini satdıqdan sonra 32 yaşlı Halep Dubayda mülk alıb və ora daimi olaraq köçüb.

Sentyabr ayında Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Halepi iki fakt üzrə dörd il müddətinə tennisdən uzaqlaşdırıb. Birincisi, 2022-ci il ABŞ Açıq çempionatında qadağan olunmuş roxadustat maddəsi üçün dopinq testinin nəticəsinin müsbət çıxması olub. İkinci ittiham Rumıniyalı idmançının bioloji pasportundakı göstəricilərdə dəyişiklik etməsiylə bağlı olub.

Избранный
397
50
publika.az

10Источники