Azərbaycan və Ermənistan hökümətləri arasında münasibətlər gün keçdikcə mülayimləşməyə başlayıb. İki ölkə arasında razılaşmanın imzalanması artıq an məsələsidir desək yanılmarıq. Nəzərə alsaq ki, son iki ildə Ermənistanla Azərbaycan arasında danışıqlar əsasən Brüssel və Vaşinqtonun ərazilərində aparılıb, belə bir qarant institutunun Qərb dövlətləri və strukturları əsasında formalaşmasını Ermənistan tərəfinin təklif etdiyini güman etmək olar. Bəs Azərbaycan - Ermənistan arasındakı sülh sazişinə hansı ölkələr qarant ola bilər? Doğrudanmı bu ölkələrə ehtiyac var?
Ednews bu barədə ekspertlər arasında sorğu keçirib. Cavabları təqdim edirik:
Politoloq Murad Sadəddinov:
“Düşünürəm qaranta ehtiyac var. Cənab prezidentimiz qeyd edib və mən də buna əlavə edə bilərəm ki, Ermənistan hökümətinin istər verdiyi bəyanatlar, istərsə də atdığı imzalar, göstərib ki, bunların heç birinin əhəmiyyəti yoxdur. Dəfələrlə bəyanatlar veriblər ki, Qarabağ Azərbaycanındır. Daha sonra Qarabağın müstəqilliyi ilə bağlı təbriklər göndəriblər, üçtərəfli bəyanata imza atıblar, lakin ondan irəli gələn öhdəlikləri yerinə yetirməyiblər. Bu baxımdan Ermənistan rəhbərliyinin atdığı imzaların heç bir qiyməti və əhəmiyyəti yoxdur. Hesab edirəm ki, ona görə də qarant olmalıdır. Zənnimcə ən ideal qarant ölkə kimi Türkiyəni göstərə bilərik. Çünki Türkiyə regionda istər Azərbaycana, istərsə də Ermənistana təsir etmək imkanına sahib dövlətdir”.
ABŞ – ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza:
“Prezident Əliyev və baş nazir Paşinyan sülh müqaviləsinin əldə olunmasına tam sadiq olduqlarını nümayiş etdirdilər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi, həmçinin ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə apardığı müzakirələr iki tərəfə də böyük töhfə verdi. Azərbaycan və Ermənistan hökumətlərinin əsir mübadiləsini elan edən son birgə bəyanatı, sülh müqaviləsinin çox yaxın olduğunu göstərir. Mən əminəm ki, onlar artıq vasitəçilərin xarici siyasi təzyiqinə ehtiyac olmadan danışıqları başa çatdıra bilərlər. Eynilə, Ermənistan və Azərbaycan sülh müqaviləsi bağladıqdan və beynəlxalq sərhədlərini demarkasiya etdikdən sonra, iki ölkənin mehriban qonşuluq münasibətlərini qoruduğu təqdirdə üçüncü tərəfin “qarantına” ehtiyac olmayacaq, belə bir kənar aktorun kifayət qədər güclü olması ehtimalı az olacaq ki, belə olduqda gələcəkdə ikitərəfli münasibətlər pisləşərsə, iki ölkəni münaqişədən qaçmağa məcbur edə biləcək çətin ki potensialı olsun”.
Cənubi Qafqaz üzrə siyasi ekspert Arnold Stepanyan:
“Düşünürəm, həm Ermənistana, həm də Azərbaycan tərəfinə sağlam təsir gücünə malik və iki ölkənin də etibarı olan ölkələr qarant ola bilər. Nüfuzlu beynəlxalq təşkilatlar da ola bilər, lakin müqavilənin effektivliyini təmin etmək üçün dəqiq müəyyən edilmiş mexanizmlər və müqavilənin pozulması halında anında reaksiya verə biləcək qurum lazımdır”.
Əkbər Novruz
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта