Ukraynada qadınlar hərbi məqsədlər üçün səfərbər oluna bilər.
Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu Ali Radanın deputatı İnna Sovsun deyib.
Deputatın sözlərinə görə, əgər ölkənin müdafiə qabiliyyətini artırmaq üçün belə bir addım atmaq lazımdırsa, o zaman atılmalıdır. Eyni zamanda deputat bunun qeyri-populyar qərar olacağını da etiraf edib.
Sovsun deyib ki, Ukrayna müharibəni uduzmaq təhlükəsi ilə üzləşirsə, qadınları səfərbər etmək üçün çətin bir qərarı verməlidir.
Qeyd edək ki, bu ilin oktyabr ayının 1-dən tibb və ya əczaçılıq təhsili olan qadınlar Ukraynada hərbi xidmət üçün qeydiyyatdan keçməlidirlər, digərləri isə istədikləri kimi qeydiyyatdan keçə bilərlər.