RU

Ukraynada qadınları səfərbər etmək istəyirlər

Ukraynada

Ukraynada qadınlar hərbi məqsədlər üçün səfərbər oluna bilər.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu Ali Radanın deputatı İnna Sovsun deyib.

Deputatın sözlərinə görə, əgər ölkənin müdafiə qabiliyyətini artırmaq üçün belə bir addım atmaq lazımdırsa, o zaman atılmalıdır. Eyni zamanda deputat bunun qeyri-populyar qərar olacağını da etiraf edib.

Sovsun deyib ki, Ukrayna müharibəni uduzmaq təhlükəsi ilə üzləşirsə, qadınları səfərbər etmək üçün çətin bir qərarı verməlidir.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-dən tibb və ya əczaçılıq təhsili olan qadınlar Ukraynada hərbi xidmət üçün qeydiyyatdan keçməlidirlər, digərləri isə istədikləri kimi qeydiyyatdan keçə bilərlər.

ELÇİN
Избранный
403
43
reyting.az

10Источники