RU

Putin: “NATO Rusiya sərhədləri yaxınlığında fəallaşıb”

“Moskva Ukraynadakı hərbi əməliyyatda öz məqsədlərindən əl çəkmək niyyətində deyil”. 

“Cebhe.info” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.

“Biz xüsusi hərbi əməliyyatla bağlı məqsədlərimizdən əl çəkməyəcəyik”,- deyə Putin qeyd edib.

 “Qərb Rusiyanı cilovlamaq strategiyasından və Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir”,-deyə o bildirib.

Dövlət başçısı NATO-nun Rusiya sərhədləri yaxınlığında fəallığının artdığını da vurğulayıb. Onun sözlərinə görə, ABŞ-dan əhəmiyyətli qüvvələr sərhədlərə yerləşdirilib, Şərqi və Mərkəzi Avropada alyansın qoşunlarının sayı artıb:

“Eyni zamanda, blokun aqressiv xarakteri artıq müdafiə xarakterli planların arxasında gizlənmir”.

Prezident həmçinin, 2022-ci illə müqayisədə Rusiyanın öz qoşunlarına texnika və silah tədarükünü 3 dəfə, hava hücumundan müdafiə üçün xüsusilə populyar texnikanın alışını isə 7 dəfə artırdığına dair məlumatlara istinad edib.

Onun sözlərinə görə, Rusiya ordusuna müasir tanklar və zirehli texnika lazımdır. Rusiya lideri həmçinin Rusiya ordusunun robot sistemləri və döyüş lazerləri, yeni fiziki prinsiplərə əsaslanan süni intellektə malik silahlarla təchiz edilməsinin zəruriliyini bəyan edib.

Избранный
595
5
cebheinfo.az

10Источники