RU

3 nəfəri öldürdü, 3-nü yaraladı, sonda öz başından vurdu - Türkiyədə

Türkiyənin Qaziantep şəhərində boşanma mərhələsində olan Halil Çağlar həyat yoldaşının evinə gələrək ona və ailəsinə atəş açıb.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Cinayətkar maşını ilə hadisə yerindən qaçıb. 

Şanlıurfada gizlənən şübhəli polis əməkdaşlarından qaça bilməyəcəyini anlayıb. O, tapança ilə başına atəş açaraq intihar edib. 

Halilin həyat yoldaşı isə ağır yaralanıb. 

Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır.

Günay 

Избранный
357
27
olke.az

10Источники