Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Bakı Biznes Mərkəzində Mərkəzi Seçki Komissiyasının mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, mətbuat konfransı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun çıxışı ilə başlayıb.
O bildirib ki,6563 seçki məntəqəsində 6 milyondan artıq seçici səs verəcək.
Məzahir Pənahov əlavə edib ki, müşahidəçilərdən 750 nəfəri beynəlxalq müşahidəçilərdir.