Tarix: 11 Fevral 2024 12:20
"Xəzər Lənkəran"ın sabiq mətbuat katibi Hüseyn Cəbrayıloğlu şəxsi feysbuk hesabında paylaşım edib.
Milli.Az offsideplus.az-a istinadən bildirir ki, həmkarımız Lənkəran şəhər stadionunun təmir olacağını açıqlayıb. Sabiq klub rəsmisi "Xəzər Lənkəran"ın bərpa olunub-olunmaması haqda da danışıb:
"Çoxsaylı müraciətlər- telefon zəngi, mesajlara ümumi cavab olaraq yazmağı borc bildim. " Xəzər Lənkəran" stadionunun təmirə bağlanması xəbəri həqiqətdir! Komandanın nə vaxt yaranacağı, vəsait ayrılıb kimi ifadələrə indidən aldanıb ürəyimizi oynatmayaq.
Amma nəzərə alın ki, 2016 cı ildən sonra bu xəbər- hadisə " Xəzər Lənkəran" ətrafında baş vermiş ən gözəl və ən pozitiv xəbərdir. Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq. Daha gözəl xəbərlər vermək ümidi ilə ən böyük "Xəzər Lənkəran"!
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта