RU

Cəmiyyətdə baş verən neqativ hadisələrin sayı niyə artır? - AÇIQLAMA/ÖZƏL

Psixoloq: İnsanların aqressiyasının artmasının əsas səbəbi onların saatlarla sosial şəbəkələrdə vaxt keçirməsidir

Təəssüflər olsun ki, son zamanlar ölkə gündəmini zəbt edən xəbərlər arasında neqativ məzmunlu xəbərlər çoxalıb. Ailə-məişət zəminində baş verən qətllər, intihar məişət zorakılığı, yeniyetmələr arasında  cinayətkarlıq, təcazavüzkarlıq kimi halların artmasının səbəbi nədir?

“İki sahil” olaraq sözügedən məsələni araşdırmaq üçün mütəxəssislə həmsöhbət olduq.

“Əvvəllər neqativ məzmunlu cinayət, intihar, aqressiya, təcavüzkarlıq, şiddət, intihar, oğurluq hadisələrin daha çox xarici ölkələrdə yaşandığının xəbərini alırdıq. Bu informasiyaları eşidəndə təəccüblənirdik özümüzə belə şeyi yaraşdırmırdıq. İndi isə bu kimi hallarla bizdə də yaşanır. İnsanın gördüyü nədirsə bir müddət sonra onun həyatında, yaşayışında reallaşmağa başlayır. Valideynlərin də bu işdə diqqətsizliyi, nəzarətsizliyi, övladına sevgisi, diqqət və qayğısı çox azalıb.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında psixoloq Gülnar Orucova söyləyib. 

Həmsöhbətimiz bildirib ki, əvvəllər ictimai qınaq insan üçün utanc idi, ölümə bərabər idi. Ancaq indi hamı yığışır bir qızı qınağa çəkir. Qız isə deyir ki, yaxşı etmişəm. Yeniyetmə səhvini başa düşmür.

Psixoloq vurğulayıb ki, insanların aqressiyasının artmasının əsas səbəbi onların saatlarla sosial şəbəkələrdə vaxt keçirməsidir. Bu zaman onlar yuxusuz qalırlar, bu, onların yaşam keyfiyyətinin aşağı düşməsinə, narahatlığa, gərginliyə, iş qabiliyyətinin zəifləməsinə zəmin yaranır. İnsanlar həddindən artıq hazır qidalara meyilli olurlar. Bu qidaların tərkibində olan karbohidratlar, digər maddələr insanların aqressivləşməsinə səbəb olur.

Mütəxəssis çözüm yolu olaraq onu göstərdi ki, stressi idarə etməyə bacarmalıyıq, səbrli olmağı öyrənməliyik. Çünki bəzən hər şey məhz səbirsizlikdən qaynaqlanır. “Yox” deməyi bacarmalıyıq. Bunu bacarmırıq deyə aqressiyamız artır. Hər zaman pozitiv düşünməliyik. Belə düşündükdə, neqativləri daha az görməyə başlayırıq. Başqalarının işinə, həyatına qarışmamalıyıq. Çünki məhz başqalarının həyatına qarışanda öz həyatımızı unuduruq. Münaqişlərdən maksimum uzaqlaşmalıyıq. Çünki münaqişələrə meyilli olduqca, bu hal tez-tez baş verir. Həyatımızda bizi üzən, incidən insanlardan uzaqlaşmalıyıq.  Sosial şəbəkələrdən istifadə müddətini azaltmalıyıq. Günlük planlarımızı qurmalı və ona uyğun hərəkət etməliyik. Düzgün qidalanmalı, açıq havada daha çox gəzməliyik.”

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
184
50
ikisahil.az

10Источники