RU

Qazaxıstan vahid saat qurşağına keçdi

Bakı. Trend:

1 mart 2024-cü il saat 00:00-dan (29 fevral, Bakı vaxtı ilə saat23:00) Qazaxıstan rəsmi olaraq vahid saat qurşağına keçib.

Trend-inməlumatına görə, bundan sonra Qazaxıstanın bütün ərazisinə 5-cisaat qurşağı (UTC+5) tətbiq ediləcək. Əvvəllər ölkədə iki saatqurşağı - UTC+5 və UTC+6 istifadə olunurdu. Ölkə ərazisinin böyükhissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında olub.

Belə ki, bu tədbir nəzərə alınaraq fevralın 29-dan martın 1-nəkeçən gecə Manqistau, Atırau, Qərbi Qazaxıstan, Aktobe və Qızılordavilayətləri istisna olmaqla, bütün regionlarda vaxt bir saat geriçəkilir (UTC+6 zonasında).

Bundan əvvəl qazaxıstanlı ekspertlər qeyd ediblər ki, 6-cı saatqurşağı təbii günəş vaxtı ilə uyğun gəlmir və vətəndaşlarınsağlamlığına mənfi təsir göstərir. Bundan əlavə, vahid vaxtınolması nəqliyyat və digər kommunikasiyaların koordinasiyasınıyaxşılaşdıracaq və biznesə müsbət təsir göstərəcək.

Məqalədə:
Избранный
112
2
az.trend.az

3Источники