Xalq artisti Röya Ayxan konsertinin təxirə düşməsinə səbəb olan hadisədən sonra ilk açıqlamanı verib.
BAKU.WS xəbər verir ki, estrada ulduzu bununla bağlı instaqramda story bölməsində video paylaşıb.
"Bəlkə də mən fərqində deyiləm. Hər kəs zəng vurub ağlayır, pisdi. Sənət dostlarıma və ən yaxın dostlarıma təşəkkür etmək istəyirəm, son zəng Lalə Məmmədovadan gəlib. İki dəqiqə sonra zala çıxacaqdıq. Biz çox yaxşıyıq. Çünki hadisə ikinci zalda, başqa adamların konsertində olub. Ümid edirəm ki, heç bir azərbaycanlıya, heç kəsə heç nə olmayıb", - deyə, sənətçi bildirib.
Xatırladaq ki, Röya Ayxanın Moskvada "Vegas City Hall"dakı konserti təxirə salınıb. Buna "KroKus City Hall"un konsert zalında baş verən silahlı insident səbəb olub.