RU

Rusiya Brüssel görüşünü cavabsız qoymayacaq - Ermənistana sərt REAKSİYA

Bu gün Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Ermənistanın iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyi açıqlansa da, müxtəlif mənbələrdə hərbi məsələlərin də gündəmdə olacağı barədə xəbərlər yayılıb.

 

Görüşdən əvvəl Blinken və Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

 

İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

 

Lyayenlə telefon danışığında da Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, Ermənistanın bu kimi addımları cavabsız qalmayacaq:

 

“Rusiya bu görüşü son dərəcə mənfi hesab edir. Qərb tərəfindən birtərəfli olaraq atılan addımlar Ermənistan və Ermənistana rasında sülh prosesinə zərbə vurur. Razılaşma çox güman ki, NATO qoşunlarının ölkəyə daxil olmasını və silahların ötürülməsini əhatə edəcək. Bununla da regionda güc balansı pozulacaq".

 

O qeyd edib ki, Rusiya belə addımların əleyhinədir:

 

"Bundan sonra isə hər şey mümkündür. Belə ki, tərəflər arasında sülh prosesi zamanı belə addımlar münaqişənin gərginləşməsinə gətirib çıxara bilər. Bununla da sülh prosesi pozula  bilər. Eyni zamanda son zamanlar Ermənistanın Qərbə yaxınlaşmaq niyyətlərini Rusiya diqqətlə izləyir. Təbii ki, bunun bir cavabı olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
206
50
modern.az

10Источники