RU

Kiberdələduzluqla bağlı növbəti XƏBƏRDARLIQ

Kiberdələduzlar üçün ilkin mərhələdə hədəf haqqında məlumatların əldə olunması olduqca əhəmiyyətlidir.
Ednews xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, bunun başlıca səbəblərindən biri hədəfə ediləcək kiberhücum zamanı əldə edilən məlumatlar vasitəsilə zəif nöqtələrin təyin olunmasıdır və bu da öz növbəsində kiberhücumun növünü müəyyən edir:
"Yəni bir növ əldə olunan məlumatlar əsasında kiberdələduz hansı hücumu (fişinq, sosial mühəndislik, brute-force və s.) edəcəyini müəyyənləşdirir.Qeyd olunanları nəzərə alaraq hər hansı kiberhücum zamanı istifadə oluna biləcək fərdi məlumatlarınızı ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə paylaşmayın".

Избранный
504
16
ednews.net

10Источники