RU

"Saxta xəbərdir" - Trampın müşavirindən "Washington Post”un xəbərinə reaksiya

ABŞ-nin keçmiş prezidenti Donald Trampın Rusiyanın Ukraynada başlatdığı müharibəni bitirmək planının olduğuna dair yayılan xəbər təkzib olunub.“AzPolitika” xəbər verir ki, bu barədə Trampın müşaviriCeyson Miller açıqlama verib.O, bu iddiaları “saxta xəbər” adlandırıb. Onun sözlərinə görə, Tramp hakimiyyətə gələnə və bütün mümkün variantları düzgün ölçüb-biçməyənə qədər “sülh planı”nı qəbul etməyəcək.“Bunların hamısı “Washington Post”un saxta xəbərləridir. Onlar bunu sadəcə uydururlar”,-deyə o qeyd edib.Xatırladaq ki, dünən ABŞ-nin “Washington Post” nəşri öz mənbələrinə istinadən xəbər vermişdi ki, Tramp bağlı qapılar arxasında atəşkəs müqabilində Ukraynanı Krımı və Donbası Rusiyaya verməyə məcbur etmək ideyasını müzakirə edib.


"AzPolitika.info"

Избранный
230
9
azpolitika.info

10Источники