Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. Futbolpress.az xəbər verir ki, o, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb - 1:0. Abasov 10 turdan sonra 3 xalla sonuncu sıradadır.