Rafael Nadal uzun fasilədən sonra nəhayət ki, normal oyununu keçirib. Barselonada təşkil edilən ATP-500 turnirində o, Flavio Kobolli ilə qarşılaşıb. “Böyük dəbilqə” seriyal turnirlərin 22 qat qalibi italyan rəqibini 6:2, 6:4 hesabları ilə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, Nadal son 15 ayda ikinci dəfə rəsmi oyun keçirib. Keçən il Avstraliyada zədələndikdən sonra o, bu ilin yanvarında Brisbend qayıtmaq istəsə də, ağrılar buna imkan verməyib. Ondan sonra Rafa Las-Veqasda bir dəfə Karlos Alkarasla yoldaşlıq xarakterli görüş üçün korta çıxıb. Nəhayət dünən o, 2022-ci il “Rolan Qarros”dakı qələbədən sonra ilk dəfə torpaq kortda tam bir oyun keçirib.
Əlavə edək ki, Nadal bu il karyerasını başa vuracağını elan edib. Barselonada onun növbəti rəqibi Aleks de Minor olacaq.